İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində fikir mübadiləsi
aparıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun idarəedici
direktoru Mirek Duşeklə “COP29 çərçivəsində potensial tərəfdaşlıq məsələləri”
ətrafında fikir mübadiləsi aparıb.
Bu barədə nazir “X” hesabında bildirib.
“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz zamanı Dünya İqtisadi Forumunun
idarəedici direktoru Mirek Duşek ilə görüşdük. Ölkəmizin qlobal iqtisadi
çağırışların həllində fəal mövqeyi, aşağı karbonlu biznes həllərinin tətbiqi,
COP29 çərçivəsində potensial tərəfdaşlıq məsələləri, əlverişli işgüzar mühit,
özəl sektorun inkişaf trendləri barədə danışdıq”, – o yazıb.
#SəudiyyəƏrəbistanı
Krallığına səfərimiz zamanı Dünya İqtisadi Forumunun (@wef
ilə görüşdük. Ölkəmizin qlobal#iqtisadi
çağırışların həllində fəal mövqeyi, aşağı karbonlu#biznes
tətbiqi,#COP29
(@COP29_AZ
potensial…pic.twitter.com/iRrGvM0R5q
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 28, 2024