7a7c22d3-5f3f-4da3-ac23-6d8fbe9244ba.jpg

İqtisadiyyat naziri: “Qlobal qalıq yanacaq subsidiyaları 7 trilyon dollara çatıb”

Baxış sayı: 341 dəfə baxılıb.

“Beynəlxalq Valyuta Fondunun 2023-cü il hesabatına əsasən, qlobal qalıq
yanacaq subsidiyaları 7 trilyon dollara çatıb, bu da qlobal ümumi daxili
məhsulun təxminən 7,1%-ni təşkil edir”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı İqlim
Fəaliyyəti Həftəsində bildirib.

“Bu əhəmiyyətli sərmayə, yalnız qalıq yanacaqlardan davamlı asılılığımızı
vurğulamır, həm də davamlı enerji həllərinə keçidin əsas maneəsini yaradır.
Təsəvvür edin ki, bu subsidiyaların yalnız bir hissəsi bərpaolunan enerji,
yaşıl texnologiyalar və iqlimə davamlılıq təşəbbüslərinə yönəldilərsə,
transformasiya imkanları necə genişlənəcək. Bu resurslarla təmiz enerjiyə doğru
hərəkəti sürətləndirilməklə yanaşı, innovasiyalar stimullaşdırıla və yaşıl
iqtisadiyyatda milyonlarla yeni iş yeri yaradıla bilər. Müsbət dəyişiklik
potensialı böyükdür və bundan daha davamlı bir gələcək üçün istifadə etməyin
vaxtıdır”, – deyə o qeyd edib.

Source link