6ac2a137-9363-43ef-8244-e594b65a1548..jpg

İqtisadiyyat naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb – FOTO

Baxış sayı: 555 dəfə baxılıb.

İqtisadiyyat naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdə
Mentorluq proqramı çərçivəsində görüləcək işlər müzakirə edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü “Yüksəliş”
müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə ilk görüşünü
keçirib.

İqtisadiyyat naziri qalibləri əldə etdikləri nailiyyət münasibətilə təbrik
edib və müsabiqənin onların gələcək inkişafında önəmini vurğulayıb. Mentorluq
proqramı çərçivəsində görüləcək işləri qeyd edən nazir qaliblərin fərdi inkişaf
planlarının müəyyənləşdirilməsi, idarəçilik səriştələrinin artırılması üzrə
perspektiv fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüb, bilik və
bacarıqlarının artırılması ilə bağlı tövsiyələrini verib.

F.İsayev və Ə.Qurbanzadə iqtisadiyyatın müasir idarəçilik metodlarına,
innovativ texnologiyalara maraq göstərdiklərini bildirib, Mentorluq proqramının
bu sahədə təcrübənin əldə edilməsində faydalı olacağını qeyd ediblər.

“Yüksəliş” müsabiqəsinin qalibləri Mentorluq proqramı çərçivəsində yaradılmış
imkanlara görə təşəkkürlərini bildiriblər.

Source link