İqtisadiyyat nazirindən yeni təyinat

İqtisadiyyat nazirindən yeni təyinat

Baxış sayı: 7. 990 dəfə baxılıb.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2017-ci il, 28 dekabr tarixli fərmanı ilə yaradılan İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Kiçik və Orta Sahibkarlığın İnkişafı” Agentliyinə icraçı direktor təyin olunub.

ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevin müvafiq əmri ilə bu vəzifəyə Orxan Məmmədov gətirilib.

Orxan Məmmədov 1984-cü il iyul ayının 1-də, Bakı şəhərində anadan olub.

2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. 2009-cu ildə Odlar Yurdu Universitetində Biznes administrasiyası üzrə magistr dərəcəsini alıb. 2012-ci ildə Azərbaycan İqtisad Universitetində Maliyyə və Kredit üzrə ikinci təhsilini tamamlayıb.

Əmək fəaliyyətinə 2006-cı ildən Sənaye və Energetika Nazirliyində başlayıb, 2007-ci ilin mart ayından 2018-ci ilin fevral ayınadək İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, məsləhətçidən şöbə müdiri vəzifəsinə qədər yüksəlib.

Evlidir, üç övladı var.

www.ÇıxışYolu.Com