İqtisadiyyat Nazirliyi elektron pul təşkilatları ilə bağlı qərar qəbul edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İqtisadiyyat Nazirliyinin Kollegiyası “Ödəniş xidmətləri və ödəniş sistemləri
haqqında” qanunun 14-cü maddəsinə uyğun olaraq, elektron pul təşkilatları
tərəfindən hüquqi şəxslərə, xarici hüquqi şəxslərin yerli filiallarına və fərdi
sahibkarlara açılmış ödəniş hesabları haqqında məlumat forması”nı təsdiq edib.
Bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.
Qərara əsasən, məlumat forması ödəniş hesabları açıldığı tarixdən bir iş günü
müddətində elektron qaydada nazirlik yanında Dövlət Vergi Xidmətinə təqdim
ediləcək.
Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilməsi üçün üç gün müddətində Ədliyyə Nazirliyinə təqdim
etsin.