İqtisadiyyat Nazirliyində “China Energy” ilə görüş keçirilib – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda yaşıl enerji keçidinin sürətləndirilməsi üçün bu sahədə qabaqcıl
təcrübəyə malik Çin şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazir Mikayıl Cabbarov
“China Energy International Group Co., Ltd.” şirkətinin prezidenti Çiao Subin
ilə görüşüb.
Görüşdə Azərbaycanda energetika sahəsinin qlobal iqlim dəyişiklikləri ilə
mübarizə hədəflərinə uyğun şəkildə inkişafı, bərpa olunan enerji mənbələrinin
yaradılması istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verilib.
Ölkəmizdə yaşıl enerji keçidinin sürətləndirilməsi, bərpa olunan enerji
texnologiyalarının tətbiqi üçün bu sahədə qabaqcıl təcrübəyə malik beynəlxalq
şirkətlərlə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu
baxımdan, “China Energy International Group Co., Ltd.” şirkətinin təqdim etdiyi
innovativ həllərlə Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində zəngin
resurslarından səmərəli istifadə oluna bilər.
Tərəflər yaşıl enerji sahəsində əməkdaşlığın inkişafı, enerji saxlama
texnologiyalarının mənimsənilməsi və birgə fəaliyyətin perspektivləri barədə
müzakirələr aparıblar.
12:24
“Azərbaycanda yaşıl enerji keçidinin sürətləndirilməsi üçün bu sahədə qabaqcıl
təcrübəyə malik beynəlxalq şirkətlərlə əməkdaşlığı genişləndiririk”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında qeyd edib.
O bildirib ki, “China Energy International Group Co., Ltd.” şirkətinin
prezidenti Çiao Subin ilə ölkəmizin bərpa olunan enerji mənbələri sahəsində
zəngin resurslarının şirkətin təqdim etdiyi innovativ həllərlə inteqrasiyası,
enerji saxlama texnologiyalarının mənimsənilməsi, həyata keçirilən layihələr və
birgə fəaliyyətin perspektivləri barədə müzakirələr aparılıb.
#Azərbaycan
#yaşılenerji
keçidinin sürətləndirilməsi üçün bu sahədə qabaqcıl təcrübəyə malik beynəlxalq
şirkətlərlə əməkdaşlığı genişləndiririk. “#China
International Group Co., Ltd.” şirkətinin prezidenti Çiao Subin ilə ölkəmizin
bərpa olunan#enerji
pic.twitter.com/cVsaqY4NVI
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 8, 2023
Source link