İqtisadiyyat nazirliyinin Vətən müharibəsində şəhid olan əməkdaşının anım
günüdür – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İqtisadiyyat naziri Mikayıl Cabbarov Vətən müharibəsində şəhid olan Asəf
Nəsibovun anım günü ilə bağlı paylaşım edib.
Bu barədə nazir “Facebook” hesabında yazıb.
“Vətən müharibəsində şəhid olmuş əməkdaşımız Asəf Nəsibovun anım günüdür.
Torpaqlarımızın azad olunması uğrunda fədakarcasına döyüşərək şəhidlik
zirvəsinə yüksəlmiş qəhrəmanımızın əziz xatirəsini ehtiramla yad edirik. Allah
rəhmət eləsin!”, – deyə M.Cabbarov qeyd edib.