İsveçin paytaxtı Stokholmda 2024-cü il iqtisadiyyat üzrə Nobel mükafatı
laureatlarının adları açıqlanıb.
Cixisyolu.com-ın Nobel Komitəsinin məlumatlarına istinadla verdiyi məlumata görə,
mükafata elm adamları Daron Acemoğlu, Ceyms Robinson və Simon Conson layiq
görülüblər.
Bu alimlər ölkələrin necə və nə üçün zənginləşdiyi, inkişaf etdiyi, həmçinin
tərəqqi və texnologiyaların hansı səbəbdən bəzi yerlərdə millətlərin
çiçəklənməsinə səbəb olduğu, bəzi yerlərdə isə heçə çıxdığı haqqında əsərləri
ilə məşhurlaşıblar.
“Onlar ölkənin çiçəklənməsi üçün ictimai institutların nə qədər vacib olduğunu
göstərdilər”, – deyə İsveç Elmlər Akademiyası qeyd edib.
İqtisadiyyat mükafatı ənənəvi olaraq oktyabrın əvvəlində keçirilən Nobel
həftəsini tamamlayır.
İqtisadiyyat gənc elmdir və Alfred Nobelin vəsiyyətnaməsində onun haqqında heç
nə deyilmir. O, yalnız 1968-ci ildə İsveçin mərkəzi bankı öz 300 illiyini qeyd
etmək üçün Nobel Fonduna böyük məbləğdə pul bağışladıqdan sonra meydana gəlib.
Beləliklə, formal olaraq mükafat Nobel mükafatı deyil, lakin eyni mərasimdə və
eyni komitə tərəfindən təqdim edilir. Buraya təxminən bir milyon dollar
məbləğində pul mükafatı və xüsusi dizaynlı qızıl medal daxildir.
Laureatı İsveç Elmlər Akademiyası seçir. O, digər elmi sahələrdə görkəmli
işlərin mükafatlandırılmasında olduğu kimi, eyni qaydalarla rəhbərlik edir.