75e7eea7-1518-453b-ae83-fde9e8fc01aa..jpg

İrəvan merindən açıqlama: “Təpəbaşı məhəlləsi satılacaq” – VİDEO

Baxış sayı: 680 dəfə baxılıb.

İrəvan merindən açıqlama: “Təpəbaşı məhəlləsi satılacaq” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet
hazırlanıb.

Cixisyolu.com xəbər verir ki, “İrəvana qayıdan azərbaycanlılar bu məhəllədə
məskunlaşacaq” adlı süjetdə İrəvanın Təpəbaşı ərazisinin (Kond rayonu)
azərbaycanlıların yaşaması üçün tamamilə boşaldıldığı, İrəvan meri Tiqran
Avinyanın bununla bağlı açıqlamasının Ermənistanda ciddi müzakirələr yaratdığı
bildirilib.

Qeyd olunub ki, T.Avinyanın sözlərinə görə, gələcəkdə yeni şəhərsalma
layihəsini həyata keçirmək üçün Kond rayonu tam olaraq satılacaq:

“Burada mövcud olan evlərin sənədləri yoxdur, özəlləşdirmə buna görə həyata
keçiriləcək”.

Diqqətə çatdırılıb ki, bu, erməni ictimai rəyində “İrəvanın mərkəzində
azərbaycanlı icması formalaşdırılır” fikirlərinin ortaya çıxmasına zəmin
yaradıb:

“Ermənistan hakimiyyətinin məqsədi Təpəbaşı məhəlləsini dağıtmaq və yerində
müasir memarlıq qurmaqdır. Lakin erməni ictimaiyyəti buna inanmır və hesab
edirlər ki, Təpəbaşından ermənilər çıxarılacaqlar və azərbaycanlı icması burada
yaşayacaq. Bu, Azərbaycanın beynəlxalq təşkilatlara müraciəti və apardığı
siyasətin nəticəsində baş verəcək. Ermənistanın ictimai rəyində müxtəlif
iddiaların peyda olması, son olaraq da Təpəbaşı məhəlləsi ilə bağlı “İrəvanda
azərbaycanlı icması olacaq” fikirlərinin səslənməsi də Azərbaycanın geri
çəkilmədiyi gündəliyindən qaynaqlanır”.

Sonda vurğulanıb ki, Qərbi Azərbaycan məsələsinə görə ermənilərin yuxusu ərşə
çəkilib:

“Azərbaycanlılar öz tarixi yurdlarına ya sülh yolu ilə, ya da lazım olan başqa
yollarla qayıdacaqlar. Başqa variantların baş verməsi isə Ermənistanın
mövcudluğunun sual altına düşməsi ilə nəticələnə bilər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:


Source link