İrəvan özünü sürətlə alovun içinə atır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Cənubi Qafqazda formalaşan siyasi mənzərədən çıxış etsək, deyə bilərik
ki, Ermənistan region ölkələri ilə əlaqələri normallaşdırmağın yeganə yol
olduğunu başa düşməlidir.
Lakin müşahidə olunan odur ki, rəsmi İrəvan qonşu dövlətlərlə münasibətləri
nizamlamaq əvəzinə Qərbdən gələn siqnallara reaksiya verir, şirnikləşdirici
vədlərdən mədət umur. Halbuki Qərbin öz maraqları naminə alətə çevirdiyi
xalqların və ölkələrin aqibəti heç kimə sirr deyil.
Yaxın Şərqin, ərazilərinin bir hissəsinə nəzarəti itirən Gürcüstanın və 2
ildir ki, müharibənin caynağından xilas ola bilməyən Ukraynanın acınacaqlı
durumu başda Amerika Birləşmiş Ştatları olmaqla, Qərb təsisatlarının əl işi
olduğu hər kəsə məlumdur.
Əslində, heç Ermənistanın da sonrakı taleyi Birləşmiş Ştatları düşündürmür.
Yəni bu ölkəni də Ukraynanın taleyi gözləyə bilər desək, yanılmarıq. Lakin
İrəvanın siyasi elitası bütün bunları bildiyi halda ölkənin milli maraqlarını
qorumaq əvəzinə özünü sürətlə bənzər alovun içərisinə atır.
Təbii ki, ABŞ və Fransa başda olmaqla, Qərbin əsas məqsədi Ermənistanı
Rusiyanın orbitindən uzaqlaşdırıb, regionda öz maraqlarını həyata keçirməkdən
ibarətdir. Bu baxımdan İrəvanın fəlakətlə nəticələnəcək durumu istisna edilmir.
Çünki nə Rusiya Ermənistan hakimiyyətini bağışlayacaq, nə də Qərb öz
məqsədindən əl çəkəcək. Ona görə də Ermənistan yaxşı düşünməli və dövlət kimi
məhv olmaq təhlükəsindən özünü xilas etməlidir.
Ətraflı Baku TV-nin süjetində: