1df45e1f-9523-4fdd-9d75-53e406cb5f33..jpg

İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu – YENİLƏNİB

Baxış sayı: 303 dəfə baxılıb.

İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfəri çərçivəsində
bir sıra sənədlər imzalanıb.

Erməni KİV-in məlumata görə, imzalanma mərasimi Ermənistan prezidentinin
iqamətgahında baş tutub.

Tərəflər miqrasiya və vətəndaşların qalma sahəsində əməkdaşlıq haqqında saziş,
Armavir və Manqistau regionları arasında əməkdaşlıq memorandumu, turizm
sahəsində əməkdaşlıq proqramı, 2024-25-ci illər üçün ticarət-iqtisadi
əməkdaşlıq üzrə yol xəritəsi, yüksək texnologiyalar sahəsində əməkdaşlıq
memorandumu imzalayıblar.

Bundan əlavə, İrəvan və Astananın qardaşlaşmış şəhərlərə çevrilməsinə dair
sənədlər imzalanıb.

10:18

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana səfər edib.

Kasım-Jomart Tokayevi “Zvartnots” hava limanında Ermənistan baş nazirinin
müavini Mqer Qriqroyan qarşılayıb.

Səfər çərçivəsində Qazaxıstan prezidenti Ermənistan baş naziri Nikol
Paşinyanla, prezident Vaaqn Xaçaturyanla və parlamentin spikeri Alen Simonyanla
görüş keçirəcək.

Mənbə: Sputnik Qazaxıstan

Source link