6ca71970-d9c1-4e6d-a793-91dd00fb53d4..jpg

“İrəvana, Göyçəyə, Zəngəzura qayıtmaqla bağlı arzularımız da gerçəkliyə çevriləcək” – RƏY + FOTO

Baxış sayı: 2. 919 dəfə baxılıb.

“İrəvana, Göyçəyə, Zəngəzura qayıtmaqla bağlı arzularımız da gerçəkliyə
çevriləcək” – RƏY + FOTO

“İllər öncə məcburi köçkünlərimizin öz torpaqlarına qayıtmaları ilə bağlı
ümummilli arzularımız bu gün necə reallığa çevrildisə, çox çəkmədən İrəvana,
Göyçəyə, Zəngəzura qayıtmaqla bağlı arzularımız da gerçəkliyə çevriləcək”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan
İcmasının sədr müavini Hikmət Babaoğlu deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin öz doğum gününü xalqımız üçün prioritet
olan problemlərin həlli ilə bağlı görüşlərdə keçirməsinin ənənə halına
çevrildiyini deyən deputat bildirib ki, əgər son iki ilə qədər belə görüşlər ən
ağrılı problemimiz olan məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması
ilə bağlı təşkil olunan tədbirlərdə keçirilirdisə, tarixi zəfərimizdən sonra bu
hal artıq aradan qaldırılıb:

“İllərdir həsrətlə gözlədiyimiz böyük qayıdış tarixi hadisəsi reallığa
çevirib. Hazırda isə böyük qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm
vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz
yurdlarına qayıtması məsələsidir. Dekabrın 24-də müzəffər Ali Baş
Komandanımızın Qərbi Azərbaycan İcması üzvlərinin bir qrupu ilə keçirdiyi
görüşdə səsləndirdiyi fikirlər də strateji məqsədlərimizə çatmaq üçün
konseptual və proqram xarakterli olmaqla əslində Qərbi Azərbaycana
qayıdışımızın yol xəritəsi idi. Bu kontekstdə Prezident İlham Əliyev ilk
növbədə ata-baba torpaqlarımıza qayıtmağımızı hər şeydən öncə tarixi
yaddaşımızla əlaqələndirdi. Doğrudan da milli yaddaşın əsas komponenti olan
tarixi yaddaşımız, onun düzgün əsaslarda yeni nəslə ötürülməsi birinci Qarabağ
savaşından sonra dünyaya gələn qəhrəmanlarımızın torpaqlarımızı işğaldan azad
etməsinə gətirib çıxardı”.

Deputat əlavə edib ki, ölkə Prezidentinin qeyd etdiyi kimi, bu gün Zəngilana,
Ağalı kəndinə bu torpaqlarımızı hələ də görməyən yeni nəslin qayıdışını da
təmin edən məhz tarixi yaddaşdır:

“Çünki bunu təmin edəcək qüdrətli liderimiz, müzəffər sərkərdəmiz və güclü
ordumuz var. Azərbaycan Prezidenti məhz tarixi xronoloji ardıcıllıq baxımından
da əzəli torpaqlarımıza qayıtmağımızı bu mənada rəmzi olaraq açılışını etdiyi
bina ilə əlaqələndirərək bildirdi ki, vaxtilə bu binada yerləşən Şuşa İcra
Hakimiyyəti necə bu gün əziz Şuşaya qayıtdısa, bir gün gələcək bu gün burada
fəaliyyətə başlayan Qərbi Azərbaycan icması nümayəndələri də öz evlərinə
qayıdacaqlar. Şübhəsiz ki, bunun üçün hər şeydən öncə biz bütün dünyaya tarixi
vətənimizlə bağlı həqiqətləri çatdırmağı bacarmalıyıq. Orada əcdadlarımızın
yaratdığı maddi mədəni irsi ermənilərin barbarcasına necə dağıtdıqlarını, Qərbi
Azərbaycan torpaqlarını Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən
ermənilərə necə verildiyini, beynəlxalq hüquq baxımından bizə aid olan
torpaqlarda necə yaşamaq hüququmuzun olduğunu bütün dünyaya çatdırmalı və o
torpaqlara qayıtmaq üçün hüquqi-informativ mühit formalaşdırmalıyıq”.

“Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının qarşısında məhz bu
məsələləri vəzifə kimi qoyaraq onun milli maraqlarımız baxımından nə qədər
strateji olduğunu əsaslandırdı. Eyni zamanda bu milli məqsədlərimizə yumşaq güc
və sülh yolu vasitəsilə çata bilməyimizin də vacib olduğunu bildirdi.
Azərbaycan Prezidentinin söylədiyi bu fikirlər xalqımızın yeni əsrdə yeni
vəzifələrinin siyasi konseptual əsaslarıdır və Vətən müharibəsində monolit
birliyimiz ilə milli hədəflərimizə çatdığımız kimi bundan sonra da bu birliyi
davam etdirərək tarixi Qərbi Azərbaycan torpaqlarımıza qayıtmalıyıq”, – deyə
H.Babaoğlu vurğulayıb.

Source link