f10f1f37-7cbe-475a-9fa0-d95853b138e2..jpg

İrəvanda əsir saxlanılan Hüseyn anasına zəng etdi – VİDEO

Baxış sayı: 601 dəfə baxılıb.

İrəvanda əsir saxlanılan Hüseyn anasına zəng etdi – VİDEO

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundov ailəsi
ilə əlaqə saxlayıb.

Bu barədə Modern.az-a əsir hərbçinin anası Şəlalə Axundova bildirib.

“Bu gün oğlumla danışdım. Şükür, yaxşıdır oğlum. Yaraları yoxdur, sağalıb.
Amma arıqlayıb. Telefon danışığını Qırmızı Xaç Komitəsi təşkil etmişdi. Hüseyn
yaxşı olduğunu, hər şeyin qaydasında olduğunu dedi”, – deyə hazırda xəstəxanada
müalicə alan Ş.Axundova söyləyib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla
sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən
Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Qabil
oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan
tərəfindən əsir götürülüb.

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz
keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurlar, onlar həbs
ediliblər. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova
isə 20 il müddətinə həbs cəzası verilib.

Source link