İrəvanda rusiyalı bloqerin saçını qırxıb işgəncə verdilər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ermənistanda rusiyalı bloqer Yuliya Finessə hücum edilib, onun saçı qırxılıb,
başından kalium-permanqanat (“marqans”) tökülüb, sonra isə məcbur edilib ki,
başını divara vursun.
Qorxunc hadisə İrəvanda “Hayraktak” hərəkatının üzvləri tərəfindən həyata
keçirilib. İşgəncəyə səbəb isə 19 yaşlı bloqerin ermənilər barədə mənfi
fikirləri olub.
Hücumçuların dediklərinə görə, guya Finess taksi sürücüsü və əczaçı ilə
hörmətsiz danışıb.
Mənbə: “BAZA” “Telegram” kanalı