e22f3779-7a17-46b3-a1a6-b721b7ecf8b4..jpg

İrəvandan qayıdan Azərbaycan atletləri Gürcüstandan Azərbaycana yola salınıblar – YENİLƏNİB + FOTO

Baxış sayı: 814 dəfə baxılıb.

İrəvandan qayıdan Azərbaycan atletləri Gürcüstandan Azərbaycana yola
salınıblar – YENİLƏNİB + FOTO

İrəvandan qayıdan Azərbaycan atletləri Gürcüstanın paytaxtı Tbilisidən
Azərbaycana yola salınıblar.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Ermənistandan quru yolu ilə Tbilisiyə
gələn atletlər Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanından “Buta
Airways” aviareysi ilə Vətənə yola salınıblar. Azərbaycanın Gürcüstandakı
səfirliyinin əməkdaşları da hava limanına gələrək atletlərlə görüşüb, onları
yola düşənədək müşayiət ediblər.

Qeyd edək ki, azərbaycanlı atletləri təhlükəsizlik məqsədilə Ermənistandan
Tbilisi hava limanınadək Ermənistandan 5 nəfər müşayiət edib.

15:37

İrəvandakı təxribatdan sonra Ermənistanı tərk edən ağır atletlərimiz artıq
Gürcüstandadırlar.

Cixisyolu.com-ın xəbərinə görə, bu barədə məlumatı Gənclər və İdman Nazirliyinin
Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyev verib.

Onun sözlərinə görə, komandamız Ermənistanı avtobusla tərk edərək Gürcüstana
daxil olub.

“Komandamızı Tbilisidən Bakıya gətirəcək təyyarə bu axşam saat 21:20-də onları
Vətənə çatdıracaq”, – Q.Mehdiyev deyib.

14:50

Ermənistanda ağır atletika üzrə Avropa çempionatında iştirak etməli olan
Azərbaycan idmançıları artıq İrəvanı tərk ediblər.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

Qeyd olunur ki, Ermənistan idman nazirinin müavini Karen Giloyan Azərbaycan
idmançılarının artıq sərhəddən keçdiklərini bildirib.

Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının
açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını
götürüb vəyandırıb .

Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün
birgə bəyanat yayaraq idmançılarımızın təhlükəsiz şəraitdəVətənə qaytarılması
nı qarşı tərəfdən tələb ediblər.

Faiq Tahirov

Source link