İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti
veriliş efirə gedib.
Verlişin qonağı isə, jurnalist politoloq, alim, siyasi şərhçi kimi tarixin
müxtəlif dönəmlərində ermənilərin törətdiklərini, onların türklərə qarşı tarixi
düşmənçiliyini tutarlı fakt və elmi dəlillərlə dünya ictimaiyyətinə çatdırmağa
çalışan İsrafil Məmmədovdur.
İsrafil Süleyman oğlu Məmmədov- nasir, publisist, tərcüməçi, tarixçi və dövlət
xadimi 8 noyabr 1927 Zəngəzur qəzası, Meğri rayonunun Əmrəkar kəndində anadan
olub. Orta məktəbi bitirdikdən sonra 1943-44-cü illərdə qonşu Vardanizor
kəndində müəlimlik edib.
1944-48-ci illərdə Meğri rayon komsomol komitəsində, rayon qəzeti
redaksiyasında müxtəlif vəzifələrdə çalışmış, 1948-1951-ci illərdə Ermənistan
Lenin Kommunist Gənclər İttifaqının Meğri rayon komitəsinin birinci katibi
seçilmişdir. 1987-89-cu illərdə Ermənistan SSR Xalq təhsili nazirinin müavini,
1989-90-cı illərdə “Sovet Ermənistanı” qəzetinin redaktoru vəzifələrini icra
etmişdir.
1971-ci ildən Ermənistan SSR əməkdar jurnalisti, 1972- ci il tarix elmlər
namizədi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2012-ci il
Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı olub.
Bu ona sovetin kəskin qılıncı altında ermənilərin məkrli siyasətinin, onların
qərəzli münasibətinin bədəlini ödəmək sayəsində baş tuta bilirdi. Azərbaycan
üçün böyük tarixi əhəmiyyət kəsb edən tarixi mənbələri müxtəlif dillərdə
tərcümə etməsi təbii ki, onlara xoş gəlmirdi.
Anası Mərzə xanım, atası Süleyman kişi 1905-ci ildə 1918-ci illərdə qaçqın
olublar. İranın Ücdibin kəndinə gedib çatan Süleyman kişi hətta İsrafildən
böyük iki oğlunun qəbrini özü qazıb basdırmalı olub.
I Dünya Müharibəsində müəllim kimi fəaliyyət göstərən İsrafil ermənilərin
bütün fitnə-fəsadını yaxşı bilirdi. Rus, erməni dilini mükəmməl bildiyini və
böyük zehniyyət sahibi olduğunu bilən, anlayan ermənilər, sən çox yaxşı
bilicisən, alimsən lakin təəssüf ki, türksən deyirdilər.
O zaman Erməni-Azərbaycan münaqişəsinin qızğın çağında köç başlayanda İsrafil
Məmmədov 18 yaşlı dünyasını dəyişmiş oğlunun məzarını belə düşünmədən ancaq
arxivi üçün narahat olur və mən arxivimi götürməmiş heç hara getməyəcəm deyir.
Və onun bu arxivi kitablar, sənədlər qarışıq 1000 kq yaxın imiş. Bütün bunlar
onun uzun müddət tədqiq etdiyi danılmaz faktlar idi.
Rus və erməni dilində etdiyi tərcümələrı onun ədəbi yaradıcılığını geniş
şaxələndirir.
Sovet dövründə yazdığı həqiqətlər o zamanlar böyük cəsarət tələb edirdi.
O, yazırdı: vaxtilə bu yerlər Oğuz türklərinin olub. Burada ermənilər
yaşamayıb, ermənilər sonradan gəlib. Erməni aşıqlarının Azərbaycanca oxumasını,
hətta Sayat Novanın azərbaycanlı olmasını qeyd edirdi. Səyyad onun adı Nov isə
kiçik bulaq anlamında onun təxəllüsüdür deyirdi. Təbii ki, bu iddia və fakt o
dövrün erməni mövqeyini dəstəkləmirdi.
Mənim vaxtım az, görəcəyim işlərsə çoxdur deyən alim ömrünü sürəkli işləməyə
həsr edir. Daşqarların yəni daş abidəlırin tarixini tədqiq edirdi.
İsrafil Məmmədov da tarix yaradan şəxsiyyətlərdən idi. Üstəlik, tarixi
yaratmaqla qalmır, həm də onu yazırdı. “Sovet Ermənistanı” qəzetində baş
redaktor işlədiyi 35 illik uzun dövr ərzində o Qərbi Azərbaycanda yaşayan
vətəndaşlarımızın hüququnu müdafiə edir, onların sözçüsünə çevriliri, çox zaman
Ermənistan rəsmiləri ilə təkbaşına mübarizə aparırdı. Azərbaycanlıların bu
ölkədə qarşılaşdığı problemləri həll etməyə çalışmaqla yanaşı, erməni
xəyanətlərini çəkinmədən qələmə alırdı.
1968-ci il… İrəvan… və onun dəqiq tarixi faktlarlnı üzə çıxaran İsrafil
Məmmədovun bu misilsiz xidmətlərindən hiddətlənən erməni millətçiləri, yaşadığı
mənzil… Ermənilər bu mənzili partlatmışdılar. Xoşbəxtlikdən ailə həmin vaxt
evdə olmadığından bu terror hadisəsindən sağ-salamat qurtulmuşdular.
Bütün bu yaşananlar təbii ki, İsrafil Məmmədovun səhətində də ağır izlər
buraxır. Bakıya sığındıqdan sonra dörd qaçqın ailəsi ilə bir mənzildə yaşayan
alim dəfələrlə infakt keçirır, görmə qabiliyyətinin 80%-ni itirmişdi. Özünün
dediyinə görə, onun ürəyini param-parça edən yurd nisgili yaşamasınonu rahat
buraxmır. Doğma yurduna dönmədən həyatla vidalaşmaq istəməyən alim, nə yazıq
ki, bu nisgilini də özüylə son mənzilə apardı.
Onun erməni dilində minlərlə məqaləsi Azərbaycan radiosunda sələndirilmişdi.
1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində “Erməni
redaksiyası”nın müdiri olan alimin bu əzmkar fəaliyyəti Azərbaycan Respublikası
Prezidenti İlham Əliyev cənabları tərəfindən təqdirlə qarşılanmışdır. Cənab
Prezidentin 25 may 2012-ci il tarixli Sərəncamı ilə İsrafil Məmmədov Azərbaycan
Respublikasının elm sahəsində ən yüksək Dövlət Mükafatına layiq görülmüşdür.
İrəvanı qədim türk şəhəri,oğuz məskəni, bənzərsiz mədəniyyət mərkəzi
adlandıran İsrafil Məmmədov qıribçilik taleyini diz çöküb pərvazlna çıxmaq
istədiyim şəhəri yaşadanlara ürəkdən pay olsaydı əsirgəməzdim deyir.
Tarixçi alim, gözəl jurnalist, publisist yazar, böyük vətənpərvər olan İsrafil
Məmmədov Qərbi Azərbaycan tarixini yazaraq özü də tarixə döndü.
Daha ətraflı süjetdə: