İranə Tağızadədən danışan Firdovsi Atakişiyev kövrəldi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayı Xalq artisti, rejissor İranə Tağızadəyə həsr olunub.
İranə Tağızadə 1957-ci il mayın 7-də Bakıda anadan olub. 1976-1981-ci illərdə
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb.
1984-cü ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb.
Mərhum rejissor barədə xatirələrini bölüşən Xalq artisti Təranə Muradova İranə
xanımın heç kimin qəlbinə dəymədiyini, lakin öz işinə çox böyük məsuliyyətlə
yanaşdığını bildirib:
“Zəif aktyorun belə potensialını səhnədə ortaya çıxara bilirdi. Kimisə
tamaşadan çıxarmaq istəyəndə çox düşünürdü. Bunu edəndə deyirdi ki istedadın
çox böyükdür, sənə ayrı bir rol yaraşar. Beləliklə, həmin adam ondan incimirdi”.
Rejissora olan sevgisindən danışan həyat yoldaşı Əməkdar artist Firdovsi
Atakişiyev isə qeyd edib ki, xəstəliyi dövründə iki il onun başının üstündən
ayrılmayıb: “İstəyirdim ki, hər dəqiqəm onunla olsun. Fikirləşirdim, bu
müddətdə birlikdə olaq ki, heç olmasa gözüm doymasa da, ürəyimi ovundurum.
Həmişə deyirdi ki, sən mənə görə çox əziyyət çəkirsən, bütün görüşlərdən,
işlərdən imtina edirsən”.
Ətraflı süjetdə: