18687d75-13d1-4220-ab76-5a085408925b..jpg

İran əsilli biznesmen İngiltərə klubunu satışa çıxarıb

Baxış sayı: 1. 087 dəfə baxılıb.

İran əsilli biznesmen İngiltərə klubunu satışa çıxarıb

İran əsilli britaniyalı iş adamı Farhad Moşiri İngiltərənin “Everton” klubunu
satışa çıxarıb.

O, 565 milyon funt sterlinqdən yuxarı məbləğdə olacaq istənilən təklifi
nəzərdən keçirməyə hazır olduğunu bildirib.

İngiltərə mətbuatı yazır ki, artıq bir neçə potensial alıcı “Everton”a sahib
çıxmağa maraq göstərir.

Qeyd edək ki, “Everton” cari mövsümü uğursuz keçirir. İki gün əvvəl
“Everton”un baş məşqçisi Frenk Lempard istefaya göndərilib. Klub Premyer Liqada
20 matçdan sonra 15 xalla 19-cu pillədə qərarlaşıb.

Mənbə: The Guardian

Source link