8bd8e711-189d-4552-9b46-d9837b5c79f0..jpg

İran Aİ-yə qarşı cavab sanksiyaları tətbiq edəcək

Baxış sayı: 2. 345 dəfə baxılıb.

İran Aİ-yə qarşı cavab sanksiyaları tətbiq edəcək

İran yaxın gələcəkdə Avropa İttifaqına qarşı cavab sanksiyaları tətbiq edəcək.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Naser Kənani məlumat
verib.

Fevralın 20-də Aİ daha 32 fiziki şəxs və 2 qurumu qara siyahıya salaraq,
“etirazların yatırılması” aksiyasına görə İrana qarşı sanksiyaları uzadıb.
“Qara siyahı”ya salınan şəxslər arasında İranın mədəniyyət naziri Məhəmməd
Mehdi İsmaili və təhsil naziri Yusif Nuri də daxil olmaqla, məmurlar,
təhlükəsizlik qüvvələri, məhkəmə və penitensiar sistemlərin əməkdaşları var.
Hüquqi şəxslər, polis və təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsi ilə
bağlı strukturlar sanksiyaya məruz qalıblar.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen fevralın 15-də elan edib
ki, Avropa İttifaqı da anti-Rusiya sanksiyalarının onuncu paketi çərçivəsində
fevralın 24-də İrana qarşı ayrıca sanksiyalar bloku tətbiq etmək niyyətindədir.
Buraya Aİ-nin fikrincə, İranın Rusiyaya hərbi təchizatı ilə bağlı olan hüquqi
və fiziki şəxslər daxil olacaqlar.

Tehran dəfələrlə Qərbə “müdaxiləçi davranış”ının nəticələri barədə xəbərdarlıq
edib və belə tədbirlərin cavabsız qalmayacağını qeyd edib.

Mənbə: IRNA

Source link