İran Avropa Komissiyasından 18 milyon avro yardım alacaq

Baxış sayı: 2. 680 dəfə baxılıb.

İran Avropa Komissiyasından 18 milyon avro yardım alacaq

Avropa Komissiyası (AK) İrana 18 milyon avro məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə məlumat qurumun saytında yerləşdirilib.

Məlumatda bildirilir ki, vəsait “İslam Respublikasında dayanıqlı iqtisadi və sosial inkişafa yönələn layihələrin dəstəklənməsinə ayrılır”. 

Məbləğin 8 milyonu şəxsi şirkətlər üçün nəzərdə tutulub.

Bu, İrana ediləcək 50 milyon avroluq yardımın ilk hissəsidir. AK qeyd edib ki, yardım “İranın əsas iqtisadi və sosial problemlərinin həlli üçün nəzərdə tutulub”.

www.ÇıxışYolu.Com