c93cc557-4922-4b72-a487-e37ae5b2e88f..jpg

İran-Azərbaycan sərhədinin pozulmasının qarşısı alınıb – FOTO/VİDEO

Baxış sayı: 908 dəfə baxılıb.

İran-Azərbaycan sərhədinin pozulmasının qarşısı alınıb – FOTO/VİDEO

İran-Azərbaycan sərhədinin pozulmasının qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, fevral ayının 6-da saat 00:18-də DSX-nin Sərhəd Qoşunlarının
“Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında
yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən bir
nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası
istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

Sərhəd zastavasının xidməti ərazisi qapadılıb, sərhəd pozucusu müşahidə
kameraları vasitəsilə nəzarətə götürülərək sərhəd naryadı tərəfindən saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş, 1980-ci
il təvəllüdlü Azərbaycan vətəndaşı Mansurov Babək Rəfail oğlu olması müəyyən
edilib. O, dövlət sərhədini narkotik vasitə gətirmək məqsədilə pozduğunu etiraf
edib.

Üzərinə baxış keçirilərkən ümumi çəkisi 7 kiloqram 165 qram narkotik vasitə
marixuana, 0,005 qram heroin, 0,005 qram metamfetamin, 10 ədəd “Metadon M-40”
həbi, şəxsi istifadə üçün bir büküm tiryək və iki büküm marixuana aşkar
olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Source link