f2c5be59-4010-4f36-9236-576fe7518d7d..jpg

İran Azərbaycan və Ermənistanın saxlanılanların azad edilməsi haqqında birgə bəyanatını alqışlayır

Baxış sayı: 486 dəfə baxılıb.

İran Azərbaycan və Ermənistanın saxlanılanların azad edilməsi haqqında birgə
bəyanatını alqışlayır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İran Azərbaycan və Ermənistanın saxlanılanların azad edilməsi haqqında birgə
bəyanatını alqışlayır, bunu sülhə nail olmaq
yolunda konstruktiv, müsbət və təqdirəlayiq addım hesab edir”.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani brifinqdə
jurnalistlərə açıqlamasında bəyan edib.

“Bu birgə bəyanat regional problemlərin həlli üçün regional dialoqun və
mexanizmlərin nə qədər təsirli ola biləcəyini göstərir”, – deyə o vurğulayıb.

XİN sözçüsü bildirib ki, davamlı sülhə nail olmaq region ölkələri arasında
sülhün və etimad mühitinin möhkəmləndirilməsini tələb edir.

“Ümid edirik ki, iki ölkə arasında sülh danışıqları prosesi səmərəli
nəticələnəcək. İran olaraq biz bu məsələni alqışlayırıq, sabit və ədalətli
sülhə nail olmaq, həmçinin Cənubi Qafqazda daha çox yaxınlaşma yaratmaq üçün
hər iki ölkəyə kömək etməyə hazırıq”, – deyə N.Kənani qeyd edib.

Mənbə: İsna.ir

Source link