1f4dd5c6-4598-45b8-abf1-8ffb8a9fddde..jpg

İran Azərbaycana yeni səfir göndərir? – VİDEO

Baxış sayı: 852 dəfə baxılıb.

İran Azərbaycana yeni səfir göndərir? – VİDEO

SEPAH-ın “Telegram” kanalında İranın Azərbaycana yeni səfir göndərəcəyi ilə
bağlı paylaşım edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Məlumatda deyilib:

“Əldə olunan məlumata görə, İranın Qazaxıstandakı keçmiş səfiri Müctəba
Dəmirçilu Azərbaycana yeni səfir təyin olunacaq”.

M.Dəmirçilu Qazaxıstan (2014-2018) və Gürcüstanda (2006-2010) diplomatik
missiyanın rəhbəri, İranın Azərbaycandakı səfirliyinin ikinci katibi
vəzifəsində fəaliyyət göstərib. Hazırda XİN-də İdarə rəisi postunu tutur.

Qeyd edək ki, SEPAH mediası Azərbaycan Respublikasını qərəzli şəkildə “Şimali
Azərbaycan vilayəti” adlandırıb.

Source link