17 yaşadək futbolçulardan ibarət millimiz yoxlama görüşündə qüvvəsini sınayıb.
ÇıxışYolu.Com xəbər verir ki, rəqib İran olub.
“Dalğa Arena”da baş tutan qarşılaşma qonaqların asan qələbəsi ilə nəticələnib. İranın beş qoluna yığmamız cəmi bir topla cavab verə bilib. Komandamızın təsəlli qolunu penaltidən Qurban Qurbanovun oğlu Musa Qurbanlı vurub – 5:1.
Qeyd edək ki, bu komandalar arasında növbəti oyun iyulun 10-da, saat 20:00-da Bakı Olimpiya Stadionunun məşq meydançasında keçiriləcək.