ad2eba33-6caa-4c6c-ad23-63a8bde01a2c..jpg

İran Fransa vətəndaşını həbsdə saxladı – FOTO

Baxış sayı: 839 dəfə baxılıb.

İran Fransa vətəndaşını həbsdə saxladı – FOTO

İranın Məşhəd şəhərinin Vəkilabad zindanında saxlanılan Fransa vətəndaşı
Benjamin Breyerin azadlığa buraxılması barədə qərar verilməsinə baxmayaraq,
SEPAH onun sərbəst buraxılmasına mane olub.

Bu barədə “Azad İran” “Telegram” kanalı Breyerin vəkili Flip Valentə istinadla
məlumat verib.

Hüquq müdafiəçinin sözlərinə görə, müvəkkilinin azadlığı barədə qərar fevralın
15-də verilsə də, SEPAH buna mane olaraq Fransa vətəndaşını girov qismində
saxlayıb.

Qeyd edək ki, Benjamin Breyer 2020-ci ilin may ayında İranda “casusluq”
ittihamı ilə həbs olunub.

Source link