dc6325c6-a0ed-4a2f-84cf-e6cde5770182..jpg

İran gəmisi husilərə dəniz hücumlarında kömək edir

Baxış sayı: 827 dəfə baxılıb.

İran gəmisi husilərə dəniz hücumlarında kömək edir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran gəmisi “Beşhəd” Yəməndəki husi üsyançılarına başqa ölkələrdən gələn
gəmilərə hücum etməkdə kömək edir.

“Financial Times” qəzetinin “MarineTraffic” gəmi izləmə xidmətinin
məlumatlarına istinadən yazdığına görə, bir neçə ildir Qırmızı dənizdə demək
olar ki, hərəkətsiz qalan “Beşhəd” yanvarın 11-də Ədən körfəzinə doğru yola
düşüb. Bu, bölgədəki konteyner gəmilərinə husilərin hücumlarının başlaması ilə
üst-üstə düşüb.

Belə ki, 15 yanvarda “Gibraltar Eagle”, iki gün sonra “Genco Picardy”, müvafiq
olaraq 24 və 26 yanvarda isə “Maersk Detroit” və “Marlin Luanda” hücuma məruz
qalıb.

Fevralın 2-dən 19-dək gəmi Çin hərbi-dəniz bazasının yerləşdiyi Cibuti
sahillərində olub. Bu dövrdə hücumların sayında artım müşahidə edilib.

Source link