İran Hərbi Hava Qüvvələrinin komandiri general-mayor Həmid Vahidi “JF-17 Block
3” çoxməqsədli döyüş təyyarələrinin alınması ilə bağlı danışıqlar aparmaq üçün
Pakistana səfər edib.
Cixisyolu.com xəbər verir ki, bu barədə defencesecurityasia.com məlumat yayıb.
Məlum olduğu kimi, İran daha əvvəl Çindən “J-10C döyüş” təyyarələri almağa
cəhd göstərmişdi, lakin İranın təyyarələrin dəyərini neft ilə ödəmək təklifi
Çin tərəfindən qəbul edilməmişdi. İndi isə İran Pakistana təxminən eyni
miqdarda neft təklif edərək, qarşılığında döyüş təyyarələri almaq niyyətindədir.
Bununla belə, ortada ciddi bir problem var. İranın yanacaq doldurma
qabiliyyətinə malik təyyarələri yoxdur və bu səbəbdən alınacaq döyüş
təyyarələrinin İrana çatdırılması çətinlik törədə bilər.
Qeyd edək ki, İran son illərdə hərbi aviasiyasını müasirləşdirmək və
gücləndirmək istiqamətində fəal addımlar atır. Ölkə rəhbərliyi bölgədəki
hərbi-siyasi vəziyyəti nəzərə alaraq, hərbi hava qüvvələrinin döyüş
qabiliyyətini artırmağı hədəfləyir. Pakistan istehsalı olan JF-17 Block 3
təyyarələrinin alınması da məhz bu hədəfə xidmət edir.