87999cc4-add6-4c4e-a165-354710462674..jpg

İran hərbi nümayəndə heyəti Bakıda Hərbi Qənimətlər Parkını ziyarət edib – VİDEO

Baxış sayı: 608 dəfə baxılıb.

İran hərbi nümayəndə heyəti Bakıda Hərbi Qənimətlər Parkını ziyarət edib –
VİDEO

Sentyabrın 10-da İran hərbi nümayəndə heyəti Bakıda Hərbi Qənimətlər Parkını
ziyarət edib.

APA-nın verdiyi xəbərə görə, Azərbaycan-İran Birgə Komissiyasının görüşündə
iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin
rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə
heyəti Hərbi Qənimətlər Parkına baş çəkərək Vətən müharibəsində Azərbaycanın
düşməndən qənimət götürdüyü texnika ilə tanış olub.

Sonra hərbi heyət açıq səma altında salınan parkda nümayiş olunan atıcı
silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər
sursatlarla yaxından tanış olaraq müxtəlif xatirə fotoları çəkdiriblər.

Qeyd edək ki, Sentyabrın 9-u Bakıda Azərbaycan-İran birgə hərbi komissiyasının
iclası keçirilib.

Source link