34f5bb00-05dd-4a04-bda2-58ab4bea3287.jpg

İran hərbi xərclərini 200% artırmağı planlaşdırır

Baxış sayı: 182 dəfə baxılıb.

İran hökuməti hicri-şəmsi təqviminə görə növbəti 1404-cü il üçün (milad
təqviminə görə 20 mart 2025-ci ildə başlayır) yeni büdcə layihəsində hərbi
xərcləri 200% artırmağı planlaşdırır.

Cixisyolu.com-ın IRIB telekanalına istinadən məlumatına görə, bu barədə İran Nazirlər
Kabinetinin rəsmi nümayəndəsi Fateme Mohacerani bildirib.

“Ölkənin bütün xərclərini əhatə etməli olan büdcə layihəsində ölkənin müdafiə
ehtiyaclarının ödənilməsi də nəzərə alınıb. Bu baxımdan hərbi büdcənin 200%
artırıldığını müşahidə etdik”, – deyə Mohacerani mətbuat konfransında bildirib.

Source link