“İran “Hizbullah” hərəkatına kömək etmək üçün öz qoşunlarını göndərməyi
planlaşdırmır, Livan özünü müdafiə edə biləcəyini sübut edib”.
Cixisyolu.com-ın TASS-a istinadla məlumatına görə, bu barədə İranın Xarici İşlər
Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bəyan edib.
“Regionun (Yaxın Şərqin), o cümlədən Livan və Fələstinin hökumətləri, ölkələri
və bütün xalqları sionist rejiminin (İsrailin) təcavüzündən qorunmaq üçün bütün
lazımi imkanlara malikdirlər. Livan bu işğalçı rejimi (İsrail nəzərdə tutulur –
red.) məğlub etmək qabiliyyətində olduğunu sübut edib. İran İslam
Respublikasının könüllülər və yaköməkçi qüvvələr göndərməsinə
yoxdur”, – deyə Kənani mətbuat konfransında bildirib.
İslam Respublikasının XİN nümayəndəsi Tehranın İsrailin heç bir təcavüzkar
hərəkətini cavabsız qoymayacağını bildirib, İran hökumətinin Livan hakimiyyəti
ilə birlikdə Həsən Nəsrullanın öldürülməsindən sonra regiondakı vəziyyəti
izlədiyini vurğulayıb.
“İran birinci vitse-prezident Məhəmməd Rza Arifin Livan Baş naziri Nəcib
Mikati ilə söhbətindən sonra səylərini davam etdirir. Biz Livan hakimiyyəti ilə
əlaqədəyik və vəziyyəti izləyirik. İran sionist rejiminin (İsrailin – red.) heç
bir təcavüzkar hərəkətini cavabsız qoymayacaq, rejim öz cinayətlərinə görə
cəzasız qalmayacaq”, – deyə Kənani mətbuat konfransında bildirib.