49c18493-d0ba-4577-8a51-c42d69e84691..jpg

İran hökuməti ətin bahalaşmasından yazan qəzeti bağladı – VİDEO

Baxış sayı: 766 dəfə baxılıb.

İran hökuməti ətin bahalaşmasından yazan qəzeti bağladı – VİDEO

İranda son vaxtlar müşahidə olunan kəskin inflyasiya və sürətli qiymət artımı
əhalinin onsuz da yaxşı olmayan güzəranını bir qədər də ağırlaşdırıb.

“Azad İran” “Youtube” kanalı mövzu ilə bağlı süjet hazırlayıb.

Bildirib ki, İran hökuməti bu prosesin qarşısını almaq üçün lazımi tədbirlər
görmək əvəzinə, getdikcə pisləşən sosial-iqtisadi vəziyyətdən danışanları
susdurmaq yolunu tutub.

Belə ki, fevralın 20-də ölkənin nüfuzlu mətbuat orqanlarından biri sayılan
“Sazəndegi”, yəni “Quruculuq” qəzeti ölkədə ətin qiymətinin fantastik həddə –
yarım milyon tümənə qalxmasını və bunun səbəblərini işıqlandıran “Ətin tüğyanı”
başlıqlı məqaləsinə görə bağlanıb.

Bu barədə qərar İran Mədəniyyət və İslami İrşad Nazirliyi nəzdində fəaliyyət
göstərən Mətbuata Nəzarət Heyəti tərəfindən qəbul olunub. İran hakimiyyətinin
vəziyyəti düzəltmək əvəzinə real durumu göstərən güzgünü sındırmaq siyasəti,
yəni tənqidçi medianı susdurmağa çalışması cəmiyyətdə geniş reaksiyalara səbəb
olub.

“Sazəndegi” qəzetinin baş redaktoru Əkbər Müntəcəbi hökumətin qərarına
münasibət bildirərkən deyib:

“Eşitdiyimizə görə, prezident və hökumət üzvləri “Ətin tüğyanı” başlığından
əsəbiləşiblər. Bunun ardınca İrşad naziri Mətbuata Nəzarət Heyətindən qəzetin
nəşrini dayandırmağı tələb edib. Biz bu günə qədər bilmirdik ki, ətin
qiymətindən danışmaq da qadağan olunub”.

Daha ətraflı süjetdə:


Source link