918871c6-a471-4ef2-a998-e8d422020422..jpg

İran humanitar yardım adı altında Suriyaya silah göndərə bilər – FOTO

Baxış sayı: 883 dəfə baxılıb.

İran humanitar yardım adı altında Suriyaya silah göndərə bilər – FOTO

İran Suriyanın zəlzələ olan bölgələrində vəziyyətdən istifadə edərək, zərər
çəkmiş insanlara yardım adı altında döyüş silahları göndərə bilər.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə “Nüvə İranına
Qarşı Alyans” təşkilatının siyasi direktoru Ceyson Brodski İsrailin “i24”
telekanalına müsahibəsində xəbərdarlıq edib.

O bildirib ki, SEPAH və “Hizbullah” daha öncə də humanitar yardım adı altında
Suriyaya müharibə silahları göndəriblər.

“Beynəlxalq ictimaiyyət ayıq-sayıq olmalıdır. Çünki İslam Respublikasının
kəşfiyyat agentləri, Qüds qüvvələri sızmaq və silah göndərmək üçün əvvəllər də
İranın Qızıl Aypara Cəmiyyətindən sui-istifadə hallarına yol veriblər”, – deyə
Brodski açıqlamasına əlavə edib.

Xatırladaq ki, fevralın 9-da İran hökuməti “humanitar yardım” daşıyan
təyyarəni Dəməşq hava limanına göndərib.

Source link