İran körfəzində İranın neft şirkətinə aid helikopter qəzaya uğrayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, helikopter Lavan adasından Kiş adasına uçub. Göyərtəsində pasiyentin xəstəxanaya daşındığı bildirilir.
İlkin məlumatlara görə, hadisə nəticəsində iki nəfər, o cümlədən xəstə və onu müşayiət edən həkim həlak olub. Pilot sağ qalsa da, göyərtədə olan daha üç nəfər itkin düşüb.
Qəzanın səbəbi hələ ki, məlum deyil. Hadisə yerində xilasedicilər işləyir.