b2e3d00f-138b-429b-941a-f661aaee8af5..jpg

İran mətbuatı separatçı Vardanyana tribuna verdi – VİDEO

Baxış sayı: 756 dəfə baxılıb.

İran mətbuatı separatçı Vardanyana tribuna verdi – VİDEO

Son vaxtlar erməni ekspertlərin Azərbaycan əleyhinə çıxışlarına səxavətlə yer
ayıran İran mətbuatı bir qədər də irəli gedərək Azərbaycanın Qarabağ
bölgəsindəki qondarma rejimin rəhbərlərinə tribuna verib. Belə ki, fevralın
13-də İranın ən populyar qəzetlərindən biri sayılan “Şərq” qəzetində
Xankəndidəki separatçı qurumun “dövlət naziri” Ruben Vardanyanla geniş müsahibə
dərc olunub.

Bu barədə “Azad İran” “YouTube” kanalının süjetində bildirilir.

Süjetdə qeyd olunur ki, “İran Qafqazda sülh üçün daha fəal siyasət
yürütməlidir” başlığı ilə nəşr edilən müsahibənin müəllifi, Azərbaycan əleyhinə
ardıcıl çıxışları ilə tanınan beynəlxalq məsələlər üzrə ekspert Ehsan
Movəhhediyan söhbətə yazdığı qısa girişdə Vardanyanı “Artsax dövləti”nin ali
məqamlı təmsilçisi kimi təqdim edib. O, iki aya yaxın müddətdə Laçın yolunun
“Azərbaycan hökumətinə bağlı yarımhərbi şəxslər tərəfindən bağlandığını” və
“Artsax”ın guya mühasirəyə alındığını iddia edərək vurğulayıb ki, bu
mühasirənin taleyinin İranın Qafqazdakı milli maraqları ilə birbaşa və həyati
əlaqəsi vardır.

Movəhhediyan həmçinin iddia edir ki, guya Azərbaycan hakimiyyəti Qarabağı
ermənilərdən təmizləməklə təkfirçi, vəhhabi və İsrailə bağlı təhlükəsizlik
qüvvələrini İranla həmsərhəd bölgədə yerləşdirmək, daha sonra Sünik vilayətini
işğal edərək İran-Ermənistan sərhədini kəsmək niyyəti güdür.

Regionda gedən proseslərə bu şəkildə, yəni Azərbaycan düşmənçiliyi
çərçivəsindən baxması başabəla ekspertin müsahibinə ünvanladığı suallarda da
özünü göstərir, həmin sualların açıq-aşkar təhrikçi və təxribatçı xarakter
daşımasını şərtləndirir.

Daha ətraflı “Azad İran” “YouTube” kanalının süjetində:


Source link