İran millisi ABŞ-a getməkdən imtina etdi

İran millisi ABŞ-a getməkdən imtina etdi

Baxış sayı: 7. 253 dəfə baxılıb.

İran ABŞ-ın Ayova şəhərində keçiriləcək sərbəst güləş üzrə Dünya Kubokunda iştirakdan imtina edib.

ÇıxışYolu.Com xəbər verir ki, Dünya Güləş Birliyi (UWW) İran yığmasının yarışa qatılmaycağını təsdiqləyib.

İmtinaya səbəb İranın Əhvaz şəhərində yunan-Roma güləşi üzrə dünya çempionatının keçirilməsinə icazənin verilməməsidir.

UWW dünya çempionatının yazda deyil, payızda baş tutmasını tələb edib. İran tərəfi isə bildirib ki, beynəlxalq və daxili yarışlar üçün təqvim təsdiqlənib və dəyişdirilə bilməz.

Qeyd edək ki, ABŞ-dakı Dünya Kuboku 7-8 apreldə keçiriləcək. İran yığması ABŞ, Gürcüstan və Yaponiya komandaları ilə A yarımqrupunda yarışmalı idi.

Azərbaycan millisi isə Kuba, Qazaxıstan və Rusiya kollektivləri ilə B yarımqrupunda yer alıb. Firdovsi Umudovun rəhbərlik etdiyi komanda aprelin 7-də Kuba və Qazaxıstanla, aprelin 8-də isə Rusiya ilə yarımqrup görüşlərində qarşılaşacaq.

Azərbaycan yığması ötənilki analoji yarışı III yerdə başa vurub. Buna qədər isə sərbəst güləş yığması iki dəfə – 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.

S.T.
www.ÇıxışYolu.Com