İran MKİ-nin məxfi saytlarına müdaxilə edib

Baxış sayı: 4. 857 dəfə baxılıb.

İran MKİ-nin məxfi saytlarına müdaxilə edib

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) xarici ölkələrdəki məlumat mənbələri ilə əlaqə saxladığı elektron sistemlərə İranın xüsusi xidmətləri müdaxilə edib.  

ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, bu barədə “Yahoo News” portalı məlumat yayıb.

Hadisə hələ 2010-cu ildə baş verib. Nəticədə MKİ ilə əməkdaşlıq edən bir çox şəxs ifşa olunub və qətlə yetirilib.

Ehtimal edilir ki, İran MKİ-nin məxfi saytı barədə xüsusi xəfiyyəsi vasitəsi ilə məlumatlandırılıb. İfşalar da bundan sonra başlayıb. 

Təkcə 2011-ci ildə iranlılar 30 xəfiyyədən ibarət şəbəkəni zərərsizləşdiriblər. MKİ ilə əməkdaşlıq edənlərin əksəriyyəti edam olunub, bir neçəsi isə həbs edilib. Onlardan yalnız bir neçəsini ABŞ ölkədən çıxara bilib.

www.ÇıxışYolu.Com