İranın ali dini lideri Əli Xameneyi müsəlman ölkələrini ABŞ-a qarşı birləşməyə çağırıb.
ÇıxışYolu.Com bununla bağlı “Reuters” agentliyinə istinadla xəbər verir.
“İran xalqı Birləşmiş Ştatlar və digər təkəbbürlü dövlətlərin onu alçaltmaq cəhdlərinə qarşı uğurla müqavimət göstərir”, – o deyib.
Xameneyinin bu sözləri ABŞ prezidenti Donald Trampın “Yaxın Şərq Vaşinqtonun köməyi olmadan bir həftə belə dayan bilməz” fikrinə cavab olub.
“Bu sözlər müsəlmanlar üçün alçaldıcıdır”, – dini lider əlavə edib.
Qeyd edək ki, aprelin 25-də İran prezidenti Həsən Ruhani ABŞ-ı regionu tərk etməyə çağırıb.