İranın birinci vitse-prezidenti İshaq Cahangiri bəyan edib ki, ölkəsi nefti üçün yeni alıcılar tapıb.
ÇıxışYolu.Com-ın ISNA-ya istinadla verdiyi xəbərə görə, Cahangiri əvvəllər İslam Respublikasından neft almayan dövlətlərin hazırda “qara qızıl”ın alınması üçün yollar aradıqlarını vurğulayıb.
“Bəzi ölkələr İran neftindən imtina etsələr də, biz yeni tərəfdaşlar tapdıq”, – İran rəsmisi bəyan edib.
O həmçinin qeyd edib ki, İran hazırki tərəfdaşları ilə də danışıqlar aparıb.