İran hökuməti uran zənginləşdirmə səviyyəsini qaldırmağa başladığı haqda Beynəlxalq Atom Enerji Agentliyini (BAEA) bildiriş göndərib.
ÇıxışYolu.Com TASS-a istinadən xəbər verir ki, bunu İranın Atom Enerji Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.
“Ötən gün biz BAEA-nə məktub göndərmişik. Həmin məktubda nüvə proqramı kontekstində işlərin başlandığını qeyd etmişik. Agentlik bu gün məktubu qəbul edib. Ona görə, bu gündən etibarən prakitiki addımlara başlayırıq” – deyə Salehi bildirib.
Onun sözlərinə görə, İran yaxın zamanda Natanz şəhərində yeni sentrifuqaların istehsalı üzrə mərkəz açmaq niyyətindədir.
Xatırladaq ki, bir neçə həftə əvvəl ABŞ-ın İranla Vyanada bağlanmış nüvə sazişindən çıxmasından sonra Tehran uranın əvvəlki səviyyələrdə zənginləşdirilməsini bərpa edəcəyini xəbərdar etmişdi.