İran nüvə proqramını dayandırmayıb – ŞƏRH

İran nüvə proqramını dayandırmayıb – ŞƏRH

Baxış sayı: 2. 098 dəfə baxılıb.

Bu gün Ağ ev administrasiyasının xarici siyasətində əsas məsələlərdən biri olan İranın nüvə proqramı ilə bağlı nə edilməlidir?

ÇıxışYolu.Com xəbər verir ki, praktiki olaraq, heç bir politoloq dünya ictimaiyyətinin diplomatik səylərinin və iqtisadi sanksiyalarının İranın nüvə silahı əldə etməsinə mane olacağına inanmır. 

İsrailin ehtimal olunan, ancaq rəsmi olaraq təsdiq edilməyən nüvə gücünü nəzərə alsaq, Yaxın Şərqdə qeyri-sabit bipolyar nüvə rəqabəti yaranacaq. 

Astarxan dövlət universitetinin dosenti, Xəzər-Avrasiya beynəlxalq və ictimai-siyasi araşdırmalar Mərkəzinin rəhbəri, rusiya politoloq Andrey Sızranov məsələni şərh edərkən deyib ki, ABŞ ilə münasibətlərin gərginləşməsi İran üçün çətindir. 

“Bütün bunlar regionda böyük müharibəyə gətirib çıxara bilər, ancaq çox güman ki, tərəflər danışıqlar üçün variantlar axtarmağa çalışacaq. 

İran üçün nüvə proqramı siyasət üçün alətdir, ancaq mən düşünürəm ki, onlar nüvə silahının hazırlanmasını heç vaxt dayandırmayıblar”, – o qeyd edib. 

Ekspert əlavə edib ki, təhlükə nüvə silahının yaradılması ilə məşğul olan regionun bütün ölkələri üçün mövcuddur:

“Ancaq təkrar edirəm ki, onlar İranla bundan əvvəl də işləyiblər”. 

Qeyd edək ki, Tehran Beynəlxalq Atom Enerjisi agentliyini İranın nüvə potensialını genişləndirəcəyi ilə bağlı məlumatlandırıb. Bununla bağlı İranın ali dini lideri ayətullah Əli Xameneyi əmr verib.

Əli Məmmədov
www.ÇıxışYolu.Com