İran öz istehsalı olan “Xordad-15” adlı yeni hava hücumundan müdafiə (HHM) kompleksini təqdim edib.
Təqdimat mərasimində iştirak edən İranın müdafiə naziri general Əmir Hatəmi bildirib ki, müasir kompleks iranlı mütəxəssislər tərəfindən layihələşdirilib və hazırlanıb.
“Bu sistem 150 kilometrdən qırıcı və 120 kilometrdən pilotsuz təyyarələri məhvetmə qabiliyyətinə malikdir. Bundan başqa, 85 kilometrdən gizli hədəfləri aşkarlaya və məhv edə bilir”, – deyə, nazir vurğulayıb.
Ə.Hatəmi qeyd edib ki, hazırda HHM sistemlərini inkişaf etdirmək hər bir ölkə üçün zəruridir.