İran parlamentində ABŞ bayrağını yandırdılar - FOTO + VİDEO

İran parlamentində ABŞ bayrağını yandırdılar – FOTO + VİDEO

Baxış sayı: 2. 119 dəfə baxılıb.

İran parlamentinin deputatları ABŞ prezidenti Donald Trampın nüvə razılaşmasından çıxması qərarından sonra kağızdan olan ABŞ bayrağını yandırıblar.

ÇıxışYolu.Com “Associated Press”ə istinadən bildirir ki, parlamentarilər “Amerikaya ölüm!” deyə qışqırıblar. 

Qeyd olunur ki, bu şüar İran parlamentində tez-tez səsləndirilir.

Qeyd edək ki, bir gün öncə Tramp ABŞ-ın İranla nüvə razılaşmasından çıxdığını bəyan edib.

Onun sözlərinə görə, Vaşinqton İrana qarşı “ən yüksək səviyyə”də sanksiyalar tətbiq etməyi planlaşdırır.

İran Trampın razılıqdan imtina barədə qərarını “qanunsuz” adlandırıb.

www.ÇıxışYolu.Com