48ebf8dd-8a94-4c57-a511-9d31e9622925.webp

İran parlamentinin Milli təhlükəsizlik komissiyasının üzvü: “İsrailə cavab zərbəsi endiriləcək”

Baxış sayı: 144 dəfə baxılıb.

İran parlamentinin Milli təhlükəsizlik komissiyası İsrailin oktyabrın 26-da
ölkəyə hücumuna hərbi cavab vermək barədə qərar qəbul edib.

Cixisyolu.com İran KİV-ə istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli
təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü İsmail Kosari deyib.

“Bəzi hökumət məmurları və digər şəxslər İsrailə cavab verməyəcəyimizi deyə
bilərlər, lakin qərarı hökumətdə təmsil olunan və ya olunmayan şəxslər
vermirlər. İsrailə hərbi cavabla bağlı qərar artıq Milli Təhlükəsizlik üzrə Ali
Şura tərəfindən verilib”, – deyə İ.Kosari qeyd edib.

Onun sözlərinə görə, İranın İsrailin zərbəsinə qarşı hərbi cavabı
əvvəlkilərdən daha güclü olacaq:

“Yaxın Şərq bölgəsindəki müqavimət qrupları İsrailə cavab vermək üçün Silahlı
Qüvvələrimizlə birləşəcək. Ola bilsin ki, əməliyyatdan əvvəl “Müqavimət oxu”nun
üzvlərinin əməliyyatın aparılması ilə bağlı öz fikirləri var, yekun qərar
verməmişdən əvvəl onlar bunu bildirsinlər. Beləliklə, İranın İsrailə hərbi
cavabı mütləq şəkildə müqavimət qüvvələri ilə birgə həyata keçiriləcək”.

Source link