39d7dfdc-36df-4143-a4c1-9f6c8e5a54ba.jpg

İran prezidenti: “Azərbaycanla sərhəd dəhlizinin icrası tez başa çatdırılmalıdır”

Baxış sayı: 136 dəfə baxılıb.

İran Prezidenti Məsud Pezeşkian özəl sektor və xarici investorların İranın
infrastruktur layihələrinə sərmayə qoymasının vacibliyini vurğulayıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

Pezeşkian ölkənin nəqliyyat infrastrukturunun və regional dəhlizlərin son
vəziyyətinin nəzərdən keçirildiyi Yol Nazirliyinin rəsmiləri ilə görüşdə bu
fikri bildirib.

İclasda yol naziri Fərzaneh Sadiq İranın Rusiya tərəfləri ilə davam edən
danışıqlarına işarə edərək, nəqliyyat infrastrukturu və regional dəhlizlərin
həyata keçirilməsi üzrə Moskva ilə əməkdaşlıq haqqında razılaşma və sənədlərin
son vəziyyəti haqqında hesabat təqdim edib.

Ölkənin beynəlxalq avtomobil və dəmiryolu dəhlizlərinin vəziyyəti ilə bağlı
yol nazirinin və digər aidiyyəti məsul şəxslərin izahatlarını dinləyən dövlət
başçısı Azərbaycanla sərhəd dəhlizinin icrasının sürətləndirilməsini, eləcə də
beynəlxalq Şimal-Cənub dəhlizi dəmir yolu xəttinin başa çatdırılmasını
vurğulayıb.

“Bu regional dəhlizlərin əhəmiyyətini nəzərə alaraq, onlar mümkün qədər tez
başa çatdırılmalıdır”, – Pezeşkian qeyd edib.

Source link