79d3205b-2b7f-4c59-b062-4f171d609ea0.jpg

İran Qərbi Azərbaycanda hasar çəkəcək

Baxış sayı: 241 dəfə baxılıb.

İran hakimiyyəti təhlükəsizlik risklərini azaltmaq üçün şərq sərhədlərində
hasarlar çəkməyə başlayıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

“Hərbi və təhlükəsizlik məsələlərinə görə, ən problemli ərazilər Pakistan və
Əfqanıstanla sərhədlərdir. İrana narkotik axınının 80% buradan gəlir”, –
briqada generalı Əhməd Əli Qudarzi deyib.

O izah edib ki, layihənin məqsədi narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə ilə yanaşı, yanacaq və digər məhsulların qaçaqmalçılığının
qarşısını almaq, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparmaqdır.

Onun sözlərinə görə, artıq Sistan və Bəlucistan, Rəzəvi Xorasan əyalətlərində
divarların tikintisinə başlanılıb. O qeyd edib ki, növbəti mərhələ qərb
sərhədlərinin – İlam, Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində sədlərin
möhkəmləndirilməsi olacaq.

Source link