İran rəsmiləri internet qadağasının zərərini hesablayıb

Baxış sayı: 1. 870 dəfə baxılıb.

İran rəsmiləri internet qadağasının zərərini hesablayıb

İranda internetə qoyulan məhdudiyyətlərin nəticəsində yerli rabitə operatorlarına 90 milyon dollar ziyan dəyib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə məlumatı İranın İnformasiya və Rabitə Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi verib. 

Nazir qeyd edib ki, ən böyük həcmdə ziyan “İrancell” (İranın ən böyük mobil rabitə operatoru) şirkətinə dəyib.

Xatırladaq ki, 16 noyabr İran rəsmiləri ölkədə törədilən iğtişaşlardan sonra internet xidmətlərinə məhdudiyyətlər tətbiq etmişdi. İranda benzinin qiymətlərinin artırılması etirazlara səbəb olub.