İran səfiri Azərbaycanı tərk edir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin
başa çatması münasibətilə qəbul edib.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırkı dönəmdə tərəflər iki dövlət arasında tarixi köklərə
əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət əsasında
inkişafından məmnunluq ifadə ediblər. Hazırda siyasi, iqtisadi, ticarət və
digər istiqamətlərdə münasibətlərin inkişafı üzrə əhəmiyyətli addımlar atıldığı
vurğulanıb.
Məlumata görə, C.Bayramov, eyni zamanda, regional və çoxtərəfli çərçivələrdə
iki ölkə arasında əlaqələrin inkişafının, “3+3” kimi regional formatların
səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Səfir Seyid Abbas Musəvi diplomatik fəaliyyəti müddətində ona göstərilən
dəstəyə görə təşəkkür edib. Səfir kimi çalışdığı müddətdə ikitərəfli
münasibətlərin inkişafı üçün bütün imkanların səfərbər edildiyini qeyd edib,
ondan sonra gələcək səfirin də bu münasibətlərin daha da inkişaf etdirilməsi
üçün səylərini əsirgəməyəcəyindən əmin olduğunu vurğulayıb.
Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran digər ikitərəfli və
regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
C.Bayramov səfir Seyid Abbas Musəviyə gələcək fəaliyyətində uğurlar arzulayıb.