İran səfiri: “Cənubi Qafqaz ölkələri öz məsələlərini həll etmək gücündədir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İran hər zaman regional məsələlərin regiondaxili ölkələrin potensialından
istifadə edərək həllinə təkid edib”.
Bu barədə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və
səlahiyyətli səfiri Seyid Abbas Musəvi “Trend”ə bildirib.
“Qərb ölkələrinin regiona olan müdaxilə təcrübəsi uğurlu bir təcrübə hesab
olunmur və regionda olan məsələlərin həllinə kömək etməyəcək, əksinə bu
məsələlərin mürəkkəbləşməsinə gətirib çıxaracaqlar. Çünki bu ölkələr başda öz
maraqlarını təmin etməyi güdürlər, region ölkələrinin maraqlarını deyil.
Biz inanırıq ki, Cənubi Qafqaz ölkələri öz məsələlərini özləri həll etmək
gücündədir. İran İslam Respublikası bu istiqamətdə iki və çoxtərəfli təmasları
davam etdirir”, – deyə o bildirib.
Qeyd edək ki, aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət
katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen
arasında üçtərəfli görüş baş tutacaq. Qərbin Ermənistanla təhlükəsizlik
zəmanəti haqqında saziş imzalayacağı gözlənilir.