İran səfiri: “İran və Azərbaycanın iqtisadi əlaqələri inkişaf edir” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İran və Azərbaycanın iqtisadi əlaqələri inkişaf edir”.
“Azad İran” “Telegram” kanalının verdiyi xəbərə görə, bunu İranın
Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
Onun sözlərinə görə, düşmənlərin cəhdlərinin əksinə olaraq, Azərbaycan və İran
rəsmiləri iki ölkənin ortaq bağlarını əsas tutaraq qonşuluq münasibətlərini
möhkəmləndirmək və dərinləşdirməkdə qərarlıdırlar:
“Azərbaycan İran İslam Respublikasının önəmli və nüfuzlu qonşularından
biridir. Mədəni bağlılıqları, qədim əlaqələri nəzərə almaqla hər iki ölkənin
iqtisadi və ticarət imkanlarına da toxuna bilərik”.