İran səfirliyi Ronalduya 99 şallaq cəzası barədə açıqlama verdi – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Səudiyyə Ərəbistanının “Ən-Nəsr” futbol klubunun portuqaliyalı futbolçusu
Kriştianu Ronaldu ictimai yerdə iranlı qızı qucaqlayıb öpdüyünə görə şallaq
cəzası ilə üzləşməyəcək.
Cixisyolu.com-ın məlumatına görə, bu barədə İranın İspaniyadakı səfirliyi məlumat
yayıb.
“Biz İranda hər hansı beynəlxalq səviyyəli idmançının mühakimə olunma
ehtimalını qətiyyətlə inkar edirik. Onun Fatimə Həmami ilə səmimi və humanist
görüşü də yüksək qiymətləndirilib və həm xalqın, həm də ölkənin idman
orqanlarının heyranlığına səbəb olub”, – deyə səfirliyin “X” sosial şəbəkə
hesabında bildirilib.
Qeyd edək ki, bundan əvvəl İran mətbuatında Ronaldunun futbolçunun portretini
çəkən iranlı rəssam Fatimə Həmamini açıq şəkildə öpüb qucaqladığına görə99
şallaq cəzası
yayılmışdı. Hadisə Ronaldunun Asiya Çempionlar Liqasında yerli “Persepolis”lə
oyun üçün Tehrana səfəri zamanı baş vermişdi. Futbolçu səfər çərçivəsində
fanatları, o cümlədən Fatimə adlı rəssamla görüş keçirmişdi. Ronaldu fiziki
məhdudiyyətli pərəstişkarı ilə ünsiyyətdə olarkən təşəkkür üçün onu
qucaqlamışdı.